Kran Avadanlıqlarının Texniki Baxışı

Kranların işlək vəziyyətdə olması üçün onların elektrik, mexaniki və hidravlik sistemləri üzrə texniki baxış həyata keçirilir. İstehsalçı təlimatlarına uyğun yoxlamalar aparılır.

Yükləmə Sınaqları və Təhlükəsizlik Testləri

Kranların yükqaldırma qabiliyyəti real şəraitdə test edilir. Təhlükəsizlik sistemlərinin – limit açarları, əyləc sistemləri, sensorlar – düzgün işləməsi yoxlanılır.


e

Sertifikatlaşdırma və Standartlara Uyğunluq

Qaldırıcı qurğuların istifadə üçün yararlılığı müvafiq dövlət normativlərinə uyğun sənədləşdirilir. İstismar müddətləri, texniki aktlar və sınaq protokolları təqdim olunur.

Təmir və Quraşdırma Xidmətləri

Zərər görmüş və ya köhnəlmiş kran komponentləri yerində və ya istehsalat şəraitində təmir olunur. Yeni avadanlıqların quraşdırılması peşəkar mühəndis heyəti tərəfindən həyata keçirilir.